KƏSKİN PERFORATİV DİVERTİKULİTİ VƏ İRİNLİ PERİTONİTİ OLAN XƏSTƏLƏRİN CƏRRAHİ MÜALİCƏSİNİN ERKƏN VƏ UZAQ NƏTİCƏLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.1.016Açar sözlər
perforativ divertikulit, peritonit, laparoskopik rezeksiyaXülasə
Məqalədə perforativ divertikulitə və irinli peritonitə görə çənbər bağırsağın laparoskopik və açıq rezeksiyası əməliyyatına məruz qalmış xəstələrdə cərrahi müalicənin yaxın və uzaq nəticələrini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Retrospektiv müqayisəli tədqiqata 2013-2020-ci illər ərzində perforativ divertikulit və irinli peritonitə görə müalicə almış 86 xəstə daxil edilmişdir. Əsas qrupa laparoskopik üsulla yoğun bağırsağı rezeksiya edilmiş və kolostoma yaradılmış 40 xəstə, kontrol qrupuna isə açıq üsulla rezeksiya həyata keçirilmiş 46 xəstə daxil edilmişdir. Tədqiqat göstərmişdir ki, əməliyyatdansonrakı ağırlaşmaların tezliyi əsas qrupda kontrol qrupa nisbətdə aşağı olmuşdur (32,5% və 56,5%, p<0,05). Laparoskopik rezeksiyadan sonra rekonstruktiv və bərpaedici əməliyyatların aparılma tezliyi daha yüksək olmuşdur (36,6%-ə və 84,2%, p<0,001). Laparoskopik rezeksiyadan sonra divertikul xəstəliyinin ağırlaşmalarının residivi 18,4%, açıq rezeksiyadan sonra 61% (p<0,001) təşkil etmişdir. Beləliklə, perforativ divertikuliti olan xəstələrdə yoğun bağırsağın açıq üsulla rezeksiyası ilə müqayisədə laparoskopik üsul daha təhlükəsiz və yüksək effektiv olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


