AŞAĞI ƏTRAF VENALARININ VARİKOZ XƏSTƏLİYİNİN CƏRRAHİ MÜALİCƏSİ ZAMANI BÖYÜK DƏRİALTI VENANIN QISA STRİPPİNQİNİN NƏTİCƏLƏRİ

Авторы

  • L.V. Lətifova Azərbaycan Tibb Universitetinin
  • G.X. Abdıyeva Azərbaycan Tibb Universitetinin
  • K.Ə. Eyvazova Azərbaycan Tibb Universitetinin
  • М.М. Mürsəlov Azərbaycan Tibb Universitetinin
  • E.T. Məmmədova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.1.011

Ключевые слова:

varikoz xəstəlik, qısa strippinq, cərrahi müalicə

Аннотация

Məqalədə aşağı ətraf venalarının varikoz genişlənməsi zamanı böyük dərialtı venanın modifikasiya olunmuş qısa dizüstü və ənənəvi cərrahi çıxarılmasının nəticələrini müqayisə etmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. 2017-2022-ci illər ərzində varikoz xəstəliyinə görə cərrahi əməliyyat keçirmiş 148 xəstənin müalicə nəticələri retrospektiv olaraq araşdırılmışdır. Əsas qrupu BDV-sı qısa strippinq olunmuş 73 xəstə, kontrol qrupu isə BDV-sı ənənəvi yolla qasıqdan içəri topuğa qədər tam çıxarılmış 75 xəstə təşkil etmişdir. Əməliyyatın müddəti, əməliyyatdaxili qanaxma, kəsiklərin və stasionar günlərinin sayına görə qruplar arasındakı göstəricilərdə əhəmiyyətli fərq olmuşdur (P˂0,1). Xronik venoz çatışmazlıq anketinin (CİVİQ-14) və venoz klinik əlamətlərin şiddətinin (VCSS) göstəriciləri əməliyyatdan sonra hər iki qrupda əməliyyatdan əvvəlkinə nisbətdə yüksəlmişdir. Residiv hallarının tezliyinə görə isə qruplar arasında fərq olmamışdır. Beləliklə, aparılan tədqiqat göstərmişdir ki, aşağı ətrafların varikoz genişlənməsinin müalicəsi zamanı modifikasiya olunmuş qısa dizüstü metod klinik nəticələri təmin etdiyinə, əməliyyatdaxili qan itkisini və ağırlaşmaların tezliyini azaltdığına, əməliyyat müddətini qısaltdığına görə klinik tətbiqə layiqdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Lətifova, L., Abdıyeva, G., Eyvazova, K., Mürsəlov . М., & Məmmədova, E. (2023). AŞAĞI ƏTRAF VENALARININ VARİKOZ XƏSTƏLİYİNİN CƏRRAHİ MÜALİCƏSİ ZAMANI BÖYÜK DƏRİALTI VENANIN QISA STRİPPİNQİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 71–75. https://doi.org/10.34921/amj.2023.1.011

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR