AŞAĞI ƏTRAFLARIN KRİTİK İŞEMİYASI OLAN XƏSTƏLƏRDƏ SÜMÜK İLİYİDAXİLİ LAZER ŞÜALANMASI İLƏ REVASKULYARİZASİYAEDİCİ OSTEOTREPANASİYA ƏMƏLİYYATI ZAMANI REGİONAR QAN DÖVRANININ STİMULYASİYASI

Авторы

  • C.V. Kosayev Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • N.S. Abışov Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • M.B. Əhmədov Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • Q.M. Zeynalova Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • R.A. Quliyev Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • G.R. İbrahimova Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

DOI:

https://doi.org/10.34921/amj.2023.1.010

Ключевые слова:

arteriyaların okklyuziyası, aşağı ətrafların kritik işemiyası, regionar qan dövranının stimulyasiyası, sümükiliyidaxili lazer şüalanması, revaskulyarizasiyaedici osteotrepanasiya

Аннотация

Aşağı ətraların kritik işemiyası (AƏKİ) olan xəstələrdə sümükiliyidaxili lazer şüalanması ilə revaskulyarizasiyaedici osteotrepanasiya (SDLŞ ilə ROT) əməliyyatı zamanı regionar qan dövranının stimulyasiya xüsusiyyətləri öyrənilmişdir. Tədqiqat AƏKİ olan 79 xəstədə aparılmışdır. 48 xəstədə ümumi qəbul olunmuş konservativ və cərrahi müalicə aparılmışdır (kontrol qrup). 31 xəstədə regionar qan dövranının stimulyasiyası SDLŞ ilə ROT əməliyyatı vasitəsilə aparılmışdır (əsas qrup). Regionar arterial və venoz qan dövranının aşağıdakı parametrlərı öyrənilmişdir: uzanmış və ayaqüstü vəziyyətdə regionar sistolik təzyiq (RST), regionar sistolik təzyiq qradiyenti (RSTQ), uzanmış və ayaqüstü vəziyyətdə postokklyuzion venoz təzyiq (POVD), postokklüzion venoz təzyiq qradiyenti (POVTQ), uzanmış və ayaqüstu vəziyyətdə venoz-arterial indeks (VAİ). Bu parametrlər 48 nəfər praktik sağlam şəxsin analoji göstəriciləri ilə müqayisə edilmişdir (referens qrup). Alınmış nəticələr statistik təhlil edilmişdir Tədqiqatlar göstərdi ki, stasionar müalicənin sonunda kontrol qrupu xəstələrində regionar qan dövranı göstəricilərində stimulyasiyaya meyllik müşahidə edilir. Stasionardan evə yazıldıqdan 3-4 ay sonra qan dövranının stimulyasiyası statistik etibarlı olmamışdır (RST-dən başqa: t=1,98, p <0,05). Əsas qrup xəstələrdə uzanmış və ayaqüstü RST (( t=2,20; p<0,05 и t=3,52; p<0,01), uzanmış vıziyyətdə POVT (t=2,03; p<0,05) artmış, uzanmış və ayaqüstü vəziyyətdə VAİ, ayaqüstü vəziyyətdə POVT azalmışdır (uygun olaraq t=3,76; p<0,001; t=2,28; p<0,05 и t=2,56; p<0,05). Stasionardan evə yazildiqdan 3-4 ay sonra da regionar qan dövranının stimulyasiyası dürüst olaraq davam etmişdir. Regionar qan dövranının stimulyasiyasnın SDLŞ ilə ROT əməliyyatından dürüst olaraq asılılığı qeyd edilmişdir (p<0,001; r=0,5-0,6). Müəlliflərin fikrinə görə, birbaşa revaskulyarizasiya aparmaq mümkün olmadıqda regionar qan dövranının stimulyasiyası üçün SDLŞ ilə ROT əməliyyatının tətbiqini patogenetik əsaslandırılmış hesab etmək olar.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Kosayev, C., Abışov, N., Əhmədov, M., Zeynalova, Q., Quliyev, R., & İbrahimova, G. (2023). AŞAĞI ƏTRAFLARIN KRİTİK İŞEMİYASI OLAN XƏSTƏLƏRDƏ SÜMÜK İLİYİDAXİLİ LAZER ŞÜALANMASI İLƏ REVASKULYARİZASİYAEDİCİ OSTEOTREPANASİYA ƏMƏLİYYATI ZAMANI REGİONAR QAN DÖVRANININ STİMULYASİYASI. Azərbaycan Tibb Jurnalı, (1), 64–70. https://doi.org/10.34921/amj.2023.1.010

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR