İİV-İNFEKSİYALI QADINLARDA UŞAQLIQ BORULARININ MORFOFUNKSİONAL VƏZİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.021Açar sözlər
uşaqlıq boruları, insan immun çatışmazlığı virusu, şaperonlar, apoptozXülasə
Məqalədə İİV-infeksiyalı qadınlarda uşaqlıq borularının toxuma transformasiyasını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Reproduktiv yaşda vəfat etmiş İİV-infeksiyalı qadınların seksion materialı üzərində aparılmış morfometrik analiz, histoloji müayinə və immunhistokimyəvi tədqiqat (Hsp70, Hsp90, Bcl-2, BAX, p53) metodlarından istifadə edilmişdir. Tədqiqat sayəsində müəyyənləşdirilmişdir ki, İİV-infeksiyası zamanı uşaqlıq borularında baş verən toxuma transplantasiyası aşkar sklerotik dəyişikliklərlə müşayiət edilən involyutiv proseslərlə, şaperonlar sinfinə aid olan zülalların və apoptotik proseslərin aktivləşməsi ilə xarakterizə edilir. Bu zaman orqanın ölçülərinin kiçilməsi fonunda əzələ qişasının daxilində birləşdirici toxuma elementlərinin nisbi həcmi 5,61±1,01%-dən 21,33±2,82%-ə qədər artır, epitel qişasının hündürlüyü 92,01±4,03 х10-6 m-dən 67,30±3,83 х10-6 m-ə qədər azalır. Beləliklə, təsdiq edilir ki, İİV-infeksiyalı qadınların uşaqlıq borularında neoplastik transplantasiya üçün şərait yaranır.


