MƏDƏ VƏ YOĞUN BAĞIRSAQ XƏRÇƏNGİNİN DİAQNOSTİKASINDA TRANSABDOMİNAL ULTRASƏS MÜAYİNƏSİNİN İMKANLARI
DOI
https://doi.org/10.34921/atj.2023.1.001Açar sözlər
mədə və yoğun bağursaq xərçəngi, transabdominal ultrasonoqrafiyaXülasə
Məqalədə 52 xəstədə mədə xərçənginin (MX) və 67 xəstədə yoğun bağursağ xərçənginin (YBX) diaqnostikasında transabdominal (TA) USQ-nin nəticələri şərh edilir. T2 mərhələdə MX 5 (9,6±4,1%), T3 mərhələdə 41 (78,9±5,7%), T4 mərhələdə 6 (11,5±4,0%) sayda, və YBX müvafiq olaraq 6 (9,0±3,5%), 49 (73,1±5,4%) və 12 (17,9±4,7%) xəstədə diaqnostika edilib. 45 (86,5±4,7%) xəstədə MX şişə cəlb olunmuş divarın qeyri-hamar yerli qalınlaşması, 7 (13,5±4,7%) xəstədə isə yalançı böyrək əlaməti kimi özünü göstərmişdir. YB xərçəngində bu ultrasəs simptomları müvafiq olaraq 48 (71,6±5,5%) və 19 (28,4±5,5%) sayda qeydə alınıb. Şiş olan divarın qeyri-hamar yerli qalınlaşması simptomu mədə xərçəngi, yalançı böyrək simptomu isə yoğun bağırsağ xərçəngi olan xəstələrdə daha çox müşahidə edilmişdir (p<0,05). Şişin polipoid forması mədə xərçəngi olan 5 (9,6±4,1%), yoğun bağırsaq xərçəngi olan xəstələrdən isə 6 (9,0±3,5%) nəfərdə, xoralı-infiltrativ forması 41 (78,9±5,7%) və 49 (73,1±5,4%), ekzofitik forma - 6 (11,5±4,4%) və 12 (17,9±4,7%) nəfərdə müşahidə edilib. Şişin hər iki lokalizasiyasinda xoralı-infiltrativ forma polipoid və ekzofit formalara nisbətən əhəmiyyətli dərəcədə (p<0,001) daha çox müşahidə edilmişdir. Mədə xərçənginin diaqnostikasında TAUSG-nin həssaslığı 90,4%, spesifikliyi 71,4%, dəqiqliyi 88,1%, YBX diaqnostikasında isə müvafiq olaraq 86,6%, 63,6% və 83,3% təşkil edib. Tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, transabdominal ultrasonoqrafiya, mədə və yoğun bağırsaq xərçənginin yerini, yayılmasını müəyyənləşdirmək və ilkin qiymətləndirməsini ucuz başa gələn qeyri-invaziv və kafi məlumat verə bilən üsuldur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


