NATRİUM NİTRİTİN TOKSİK DOZASININ TƏSİRİNƏ MƏRUZ QALAN ERİTROSİTLƏRİN OKSİDATİV MODİFİKASİYASI VƏ ANTİOKSİDANT FERMENTLƏRİN VƏZİYYƏTİ

Müəlliflər

  • S.Y. Hüseynova Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2021.4.020

Açar sözlər

methemoqlobin, natrium nitrit, superoksiddismutaza, qlutationperoksidaza, katalaza, lipid peroksidləşməsi

Xülasə

Məqalədə natrium nitritin (NaNO2) insan eritrositlərində oksidləşdirici proseslərə – methemoqlobinin oksidləşməsinə, əsas antioksidant fermentlərin (superoksiddismutaza, katalaza, qlutationperoksidaza) aktivliyinin dəyişilməsinə və lipid peroksidləşməsinin intensivliyininə (in vitro) təsirinin nəticələri təqdim edilir. İş fərqli inkubasiya müddətlərində (5-30 dəq) natrium nitritin subtoksik dozasına (inkubasiya mühitində son konsentrasiyası 1,0 mmol/l) məruz qalan donorlardan alınan qan nümunələrinin spektrofotometrik tədqiqatının nəticələrinə əsaslanır. Aparılan tədqiqatların təhlili göstərdi ki, nitritlə əlaqəli oksidləşmə zamanı eritrositlərdə superoksiddismutaza, katalaza və qlutationperoksidazanın aktivliyi azalır. Katalazanın və qlutationperoksidazanın aktivliyinin azalması methemoqlobinin intensiv toplanması və lipid peroksidləşməsinin artması ilə müşayiət olunur. Alınan nəticələr eritrositlərdə natrium nitritin təsiri altında bu antioksidant fermentlərinin oksidləşmə proseslərində fəal iştirakını göstərir. Qlutationperoksidazanın aktivliyinin azalması ilə lipid peroksidləşməsinin intensivliyinin artması arasındakı mənfi əlaqə, eritrositlərdə oksidativ stresin məhdudlaşdırılmasında qlutation peroksidazanın əsas rolunu göstərir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Hüseynova, S. (2022). NATRİUM NİTRİTİN TOKSİK DOZASININ TƏSİRİNƏ MƏRUZ QALAN ERİTROSİTLƏRİN OKSİDATİV MODİFİKASİYASI VƏ ANTİOKSİDANT FERMENTLƏRİN VƏZİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (4), 137–143. https://doi.org/10.34921/amj.2021.4.020

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT