UŞAQLARDA MİOPİYANIN PROQRESSİVLƏŞMƏ TEMPİNİN YAŞAYIŞ YERİNDƏN ASILILIĞI

Müəlliflər

  • Y.J Abdiyeva National Center of Ophthalmology named after acad. Z.Aliyeva

DOI

https://doi.org/10.34921/amj.2020.2.011

Açar sözlər

miopiya, proqressivləşmə, asılılıq, temp, uşaqlar

Xülasə

Məqalədə uşaqlarda miopiyanın proqressivləşməsi riskinin formalaşmasında vizual şəraitin rolunun qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. Vizual şəraitin meyarı qismində yaşayış yeri seçilmişdir (iri şəhər, kiçik şəhərlər və kəndlər). Uşaqların skrininqi 12 ay interval verməklə iki dəfə təşkil edilmişdir. Müşahidə dövründə uşaqlarda refraksiyanın fərqi miopiyanın proqressivləşməsi meyarı kimi qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, 6-7 yaşlı yşaqlarda proqressivləşmənin orta illik tempi miopiya fonunda -0,97±0,1 D, miopiyasız isə -1,12±0,1 D təşkil edir. Bu göstəricilər nisbətən daha yüksək 13-14 yaşlarda olmuşdur (müvafiq olaraq 1,15±0,1 və 1,17±0,1 D). Miopiyanın proqressivləşməsi ˃ - 1,0 D müvafiq olaraq 33,3±9,1; 41,9±5,1; 45,2±7,7 və 52,6±5,6% halda müşahidə edilmişdir. 5-19 yaşlı uşaqlarda miopiyanın proqressivləşmə tempi iri, orta və kiçik yaşayış yerlərində bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir (- 1,17±0,05; -1,03±0,05; -0,88±0,05 D). Beləliklə, aşkar edilmişdir ki, uşaqlarda miopiyanın proqressivləşmə riski iri şəhərdə kəndlərlə müqayisədə daha yüksəkdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2020-06-30

Necə istinad edilir

Abdiyeva, Y. (2020). UŞAQLARDA MİOPİYANIN PROQRESSİVLƏŞMƏ TEMPİNİN YAŞAYIŞ YERİNDƏN ASILILIĞI . Azərbaycan Tibb Jurnalı, (2), 74–79. https://doi.org/10.34921/amj.2020.2.011

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT