SİDİK KİSƏSİ DİVARI VƏZİLƏRİNİN STRUKTUR XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • G.A. Hüseynova Azərbaycan Tibb Universitetinin
  • Z.J. Nəsirova İnsan anatomiyası və tibbi terminologiya kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.019

Açar sözlər

postnatal ontogenez, sidik kisəsi vəziləri, vəzilərin fərdi və yerləşmə xüsusiyyətləri

Xülasə

Məqalədə postnatal ontogenezin müxtəlif yaş dövrlərində sidik kisəsi divarlarında yerləşən vəzilərin xüsusiyyətlərini (yaş, fərdi və yerləşmə xarakteristikası) öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 73 insan meyitindən götürülmüş sidik kisəsi preparatları makro-mikroskopik üsullarla tədqiq edilib. Sidik kisəsi vəzilərini aşkar etmək məqsədilə preparatlar 0,05%-li metilen abısı ilə (Sinelnikov metodu üzrə) boyadılmışdır. Vəzilər MBS-9 stereomikroskopundan istifadə edilməklə tədqiq edilib. Bu zaman vəzilər sidik kisəsi divarında tünd törəmələr şəklində aşkarlanır. Tədqiqat göstərmişdir ki, sidik kisəsi duvarında vəzilərinin ümumi sayı, onların alveol şöbələri, eləcə də mürəkkəb alveol şöbəli vəzilərin sayı I yetkinlik dövründə artır və maksimal səviyyəyə çatır. I yetkinlik dövründən ahıl və qocalıq yaşı dövrlərinə doğru sidik kisəsi vəzilərinin infolyutiv dəyişiklikləri aşkarlanır. Sidik kisəsi divarında yerləşən vəzilərin digər xüsusiyyəti yerləşmə ilə bağlıdır. Bütün yaş dövrlərində vəzilərin sayı, sıxlığı, eləcə də kompleks vəzilərin sayı sidik kisəsinin proksimal hissəsində orta və distal hissələrdən azdır. Bu, sidik kisəsinin aşağı 1/3 – distal hissəsində sfinkterlərin yerləşməsi ilə bağlıdır.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Hüseynova, G., & Nəsirova, Z. (2022). SİDİK KİSƏSİ DİVARI VƏZİLƏRİNİN STRUKTUR XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 131–136. https://doi.org/10.34921/amj.2021.4.019

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT