HİPOTİROİDİZMLİ XƏSTƏLƏRDƏ STOMATOLOJİ STATUSUN ANALİZİ VƏ KORREKSİYASI
DOI
https://doi.org/10.34921/amj.2020.2.003Açar sözlər
hipotiroidizm, periodontit, hialuron turşusuXülasə
Məqalədə ağız boşluğunda patoloji dəyişikliklərlə və hipotiroidizmin əlaqəsinin və təklif olunan kompleks müalicə rejiminin effektivliyinin klinik öyrənilməsi məqsədilə aparılan elmi tədqiqatların nəticələri təqdim edilir. Hipotiroidizmi olan 150 xəstədə periodontal xəstəliyin yayılması və intensivliyi ÜST metodları və meyarları əsasında CPITN indeksi (1980-ci il) vasitəsilə qiymətləndirilmişdir. Xəstələrin orta yaşı 31,6±0,46 olmuşdur. Tədqiqat zamanı periodontal toxumaların vəziyyəti GI indeksi ilə terapiya kursu bitməmişdən əvvəl və 1,3 və 6 aydan sonra təyin edilmişdir (Loe H., Silness J., 1963). Müalicə metodundan asılı olaraq xəstələr 3 qrupa bölünmüşdur. Nəzarət qrupunda (12) yerli müalicə, peşəkar gigiyena tədbiq edilmlşdir. Müqayisə qrupunda (11), antiseptik, 0,05% xlorhexidin məhlulu, əsas qrupda (13) isə hialuron turşusu kompleks müalicəyə əlavə olunmuşdur. Hipotiroidizmli xəstələr arasında periodontal xəstəliyin yayılması 96% təşkil etmişdir. Əsas qrupdakı kompleks müalicədən sonra, bütün mərhələlərdə indeks göstəriciləri digər qruplarla müqayisədə daha az olmuşdur. Beləliklə, əgər bu qrupda qinqival indeksi 1 aydan sonra 0,63±0,027 qədər azalmışdırsa, müqayisə qrupunda dəyərlər nisbətən yüksək olmuş –0,72±0,023 bal ((р<0,05), nəzarət qrupunda isə göstəricilərin daha da yüksək olduğu ortaya çıxmışdı – 1,11±0,030 bal (р<0,05).
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


