ÜRƏK-DAMAR SİSTEMİ PATOLOGİYASI İLƏ AĞIRLAŞMIŞ MƏDƏ-BAĞIRSAQ QANAXMASI OLAN AHIL YAŞLI XƏSTƏLƏRDƏ İMMUN SİSTEM DƏYİŞİKLİKLƏRİNİN DİNAMİKASININ XÜSUSİYYƏTLƏRİ
ÜRƏK-DAMAR SİSTEMİ PATOLOGİYASI İLƏ AĞIRLAŞMIŞ MƏDƏ-BAĞIRSAQ QANAXMASI OLAN AHIL YAŞLI XƏSTƏLƏRDƏ İMMUN SİSTEM DƏYİŞİKLİKLƏRİNİN DİNAMİKASININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.016Açar sözlər
mədə-bağırsaq qanaxmaları, ürək-damar sistemi patologiyası, Forrest təsnifatıXülasə
Məqalədə mədə-bağırsaq qanaxması olan və ürək-damar patologiyası ilə ağırlaşmış ahıl yaşlı xəstələrdə immun sistemin vəziyyətini və bu sistemin yerli endoskopik hemostazla əlaqəsini öyrənmək yolu ilə müalicə prosesini yaxşılaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata 2 qrupa bölünmüş 35 xəstə cəlb edilmişdir: A qrupu – kardiovaskulyar patologiyaya görə standart müalicə almış xəstələr (n=20) və B qrupu – “ikili” müalicə almış xəstələr (n=15); yaşına, cinsiyyətinə, tədqiq edilən göstəricilərin təhlil metoduna görə tədqiqat qruplarına uyğun gələn 50 nəfərlik qrup isə kontrol kimi qəbul edilmişdir. Yerli hemostazın Forrest təsnifatına uyğun olaraq, mədə-bağırsaq qanaxması riskinin immun sistemin vəziyyəti ilə əlaqəsini müəyyənləşdirmək üçün qanda immun sistem göstəricilərindən interleykin-6 və interleykin-4-ün səviyyəsi analiz edilmişdir. Mədə-bağırsaq hemostazının vəziyyəti və xoraların ölçüləri ezofaqoqastroduodenoskopiya vasitəsilə müəyyənləşdirilmişdir. Tədqiqat göstərmişdir ki, “ikiqat” hipotenziv terapiya almış xəstələr qrupunda iltihabyönlü və iltihab əleyinə təsir göstərən interleykinlərin səviyyəsi və o cümlədən dinamik dəyişikliklərində olan disbalans standart hipotenziv müalicə alan xəstələrdəkinə nisbətən daha aydın şəkildə təzahür edir və bu, mədə-bağırsaq qanaxmasının residivvermə riskinin artmasına səbəb olur.


