PLASENTAR BÖYÜMƏ FAKTORU – HAMİLƏLİKLƏ BAĞLI HİPERTENZİV VƏZİYYƏTLƏRİN PREDİKTORU KİMİ

Müəlliflər

  • L.R. Süleymanova
  • N.A. Şahbazova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
  • Z.S. Muradova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2021.4.015

Açar sözlər

hamiləlik, preeklampsiya,, fetoplasentar çatışmazlıq, plasentar böyümə faktoru

Xülasə

Məqalədə hamiləliklə bağlı hipertenziv vəziyyətlərin genezində plasentar böyümə faktorunun (PlGF ‒ рlacental growth factor) rolunu öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 3 qrupa bölünmüş 231 hamilə qadın cəlb edilmişdir: I əsas qrupa hipertenziyalı 106 hamilə qadın, II əsas qrupa hipertenziya üzrə risk faktorları olan 105 hamilə qadın, kontrol qrupuna fizioloji hamiləliyi olan 20 qadın daxil edilib. Bütün hamilə qadınlardan anamnez toplanmışdır, dölün ultrasəs və dopplerometriya müayinəsi keçirilmişdir, qanda PlGF-nin qatılığı ölçülmişdir. Statistik məlumatların işlənməsi Statistica 6.0 və Microsoft Excel inteqral sistemi, qeyri-parametrik White-testi (W-testi), Pearson-un χ² testindən istifadə edilməklə həyata keçirilmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, kontrol qrupla müqayisədə hipertenziv pozulmaları olan hamilələrdə PlGF qatılığı 4 dəfəyə qədər aşağı enmişdir. Hipertenziv vəziyyətlərin ağırlıq dərəcəsi və PlGF arasında mənfi asılıllıq müşahidə edilir. Eyni zamanda aşkar edilmişdir ki, hipertenziv sindrom fetoplasentar çatışmazlıq fonunda keçirsə, qanda PlGF qatılığı ən minimal səviyyədə olur. Qanda PlGF qatılığı preeklampsiyanın proqnozlaşdırılması üçün olduqca yüksək əhəmiyyətə malikdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Süleymanova, L., Şahbazova, N., & Muradova, Z. (2022). PLASENTAR BÖYÜMƏ FAKTORU – HAMİLƏLİKLƏ BAĞLI HİPERTENZİV VƏZİYYƏTLƏRİN PREDİKTORU KİMİ. Azərbaycan Tibb Jurnalı, (4), 102–108. https://doi.org/10.34921/amj.2021.4.015

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR