DƏRMAN HEPATİTİ MODELLƏŞDİRİLMİŞ AĞ SİÇOVULLARDA QARACİYƏR ZƏDƏLƏNMƏLƏRİNİN PATOBİOKİMYƏVİ ƏLAMƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.3.015Açar sözlər
dərman hepatiti, fermentlər, lipidlərin sərbəst peroksidləşməsi, antioksidant markerləriXülasə
Məqalədə dərman hepatiti yaradılmış ağ siçovulların qaraciyər metabolizmində törənən dəyişiklikləri öyrənmək məqsədilə aparılan təcrübələrin nəticələri haqqında məlumat verilmişdir.
Təcrübələr 10 baş cinsi xətti bəlli olmayan ağ siçovul üzərində aparılmışdır.Onlar 2 qrupa bölünmüşdür. 1-ci qrupa daxil olan ağ siçovullar intakt vəziyyətində, 2-ci qrupa daxil olanlar isə dərman hepatiti modeli yaradıldıqdan sonra müayinə olunublar. Hər iki qrupa daxil olan ağ siçovullardan götürülmüş qanda qaraciyərin funksional vəziyyətini əks etdirən ferment və qeyri-ferment markerləri təyin edilmişdir. Ağ siçovulların qaraciyərindən hazırlanmış homogenatda isə oksidativ stress markerləri təyin edilmişdir. Dərman hepatiti modeli ağ siçovullara hər 1 kq çəkiyə 2500 mq hesabı ilə parasetamol verməklə yaradılmışdır.
Eksperimentlər Avropa Bioetik Komissiyasının (Strasburq 1986-cı il) və Azərbaycan Tibb Universitetinin lokal bioetik komissiyasının qəbul etdiyi “təcrübə heyvanları ilə davranış qaydalarına” ciddi surətdə əməl edilməklə aparılmışdır.
Tədqiqatın nəticələri göstərmişdir ki, dərman hepatiti modeli yaradılmış ağ siçovulların qaraciyərində orqanizmin ümumi antioksidant sistemi ilə lipidlərin sərbəst radikallaşması prosesi arasında tarazlığın pozulması nəticəsində baş vermiş oksidativ stress qaraciyər metabolizmini pozmaqla qanda hepatit üçün səciyyəvi olan ferment və qeyri-ferment markerlərinin qatılığının artmasına səbəb olur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


