AZƏRBAYCANDA ƏHALİ ARASINDA KOKSAKİ VİRUSLARI İLƏ YOLUXMANIN PROQNOZLAŞDIRILMASI
DOI
https://doi.org/10.34921/amj.2022.3.014Açar sözlər
qeyri-polioenterovirus, bağırsaq infeksiyası, epidemioloji proqnozlaşdırma, Koksaki A qrupu enterovirusuXülasə
Məqalədə 2015-2024-cü illərdə Azərbaycan əhalisi arasında Koksaki A qrupundan olan qeyri-polioenterovirusların törətdiyi bağırsaq infeksiyaları ilə xəstələnmənin epidemioloji proqnozlaşdırılması məqsədilə aparılan tədqiqatın nəticələri təqdim edilmişdir.Tədqiqatın məqsədi 2015-2024-ci illərdə Azərbaycanda əhali arasında Koksaki A qrupundan olan bəzi qeyri-polienterovirusların törətdiyi bağırsaq infeksiyasının epidemioloji proqnozlaşdırılmasının aparılmasıdır.
Koksaki A qrupundan olan bəzi qeyri-polioenterovirusların törətdiyi bağırsaq infeksiyası ilə xəstələnmənin proqnozlaşdırılması zamanı əvvəlki 10 ilin xəstələnmə göstəricilərinin statistik təhlilı MS EXELL-2019 IBM Statistics SPSS-26 proqramlarınin köməyi ilə diskriminant və reqressiya üsulları tətbiq edilməklə aparılmışdır.
Tədqiqatın nəticələri əsasında Azərbaycanda əhali arasında Koksaki A qrupuna daxil olan bəzi qeyri-polioenterovirusların (KA18, KA20 və KA21) törətdiyi bağırsaq infeksiyasının stabil aşkarolunma səviyyəsini proqnozlaşdıran proqnostik modelin nəticələrinin statistik dürüstlüyü müəyyən edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


