PERİFERİK SİNİRLƏRİN ODLU SİLAHLA ZƏDƏLƏNMƏSİNİN ULTRASƏS DİAQNOSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2022.3.010Açar sözlər
periferik sinirlər, ultrasəs diagnostikasi, hərbi travmaXülasə
Məqalədə Ukraynanın şərqində hərbi əməliyyatlar zamanı periferik sinirlərin zədələnməsinin diaqnostikasında ultrasəs müayinəsinin nəticələri təqdim edilir. Göstərilmişdir ki, müharibə şəraitində aşağı ətraflar (57,5±3,1%) yuxarı ətraflara nisbətən (42,5±3,1%) daha tez-tez zədələnir (p<0,001), eləcə də çoxsaylı zədələr (63,2±3,1%) tək zədələrə nisbətən (36,8±3,1%) daha tez-tez törənir (p<0,01). Periferik sinirlər arasında zədələnmə tezliyinə görə birinci yeri oturaq (25,9±5,8%) siniri, sonrakı yerləri dirsək (20,7±5,3%), orta (17,2±5,0%) və mil (15,5±4,8%) sinirləri tutur. Periferik sinirin tam kəsilməsi
4 (6,9±3,3%), qismən kəsilməsi – 12 (20,7±5,3%), kontuziya – 42 (72,4±5,9%) halda baş verib (p<0,001).
Əldə etdiyimiz məlumatlara görə, periferik sinirin tam kəsilməsinin əsas əlaməti bunlar olmuşdur: fraqmentlərinin ayrılması (100%), qismən qırılmasının əlaməti – lifli strukturun təsvirində lokal kəsilmə (75,0%), kontuziyanin əlamətləri – daxili arxitektonikanın bulanıqlaşması (90,5) və zədələnmiş sinirin qalınlaşması, exogenliyin azalması (54,8%).
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


