KARİYESİN VƏ ONUN AĞIRLAŞMALARININ MÜALİCƏSİ ZAMANI MÜVƏQQƏTİ AZI DİŞLƏRİNİN ANATOMİK FORMASININ BƏRPASI METODUNUN SEÇİLMƏSİNIN ALQORITMİ
DOI
https://doi.org/10.34921/amj.2022.3.004Açar sözlər
müvəqqəti azı dişləri, kariyes, dişin okklyuzion səthinin zədələnməsi indeksiXülasə
Məqalədə müvəqqəti azı dişlərinin sərt toxumalarının zədələnməsi olan xəstə uşaqlarda reabilitasiya tədbirlərinin effektivliyini yüksəltmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Yaşı 4-dən 7-yə qədər olan 72 uşaqda müvəqqəti azı dişlərində kariyesə görə yaranmış defektin müalicəsi aparılmış, dizlərin anatomik forması bərpa edilmişdir. Cəmi 332 müvəqqəti azı dişi müalicə edilmişdir. Onlardan 236-sı (89,16 %) kariyesə görə, 96-sı (28,92 %) isə kariyesin ağırlaşmalarına görə müalicə edilmişdir. Müalicə endodontik üsulla aparılmışdır. Aparılmış müalicənin effektivliyi yaxın və uzaq müşahidə müddətlərində plombun və süni metallik tacın dayanıqlılığı kimi meyarlar vasitəsilə qiymətləndirilmişdir. Tədqiqat əsasında kariyes və onun agırlaşmalarının müalicəsi zamanı müvəqqəti dişlərin anatomik formalarının bərpasının alqoritmi hazırlanmış, sınaqdan çıxarılmış və effektivliyi sübuta yetirilmişdir.
Tədqiqat göstərmişdir ki, müvəqqəti dişlərin anatomik formasının bərpa edilməsi üçün təklif edilmiş alqoritm uşaqlarda kariyesin və onun ağırlaşmalarının müalicəsi zamanı müvəqqəti və dəyişkən dişləm üçün reabilitasiya tədbirlərinin optimallaşdirilmasına imkan verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


