PERİODONTİTLİ XƏSTƏLƏRDƏ APİKAL PERİODONTUN İLTİHABİ DƏYİŞİKLİKLƏRİNİN XARAKTERİ NƏZƏRƏ ALINMAQLA OPTİMAL MÜALİCƏ METODUNUN SEÇİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2022.3.002Açar sözlər
kəskin periodontit, periapikal abses, kəskin periostit, periapikal destruksiya ocağı, периапикальный очаг деструкцииXülasə
Məqalədə apikal periodontitli xəstələrdə dişin periapikal toxumalarında iltihabı dəyişikliklərin xarakteri nəzərə alınmaqla optimal müalicə metodunun seçilməsi haqqında məlumat verilir. Tədqiqata 12-60 yaş intervalında, apikal periodontitlərin müxtəlif formaları olan 120 xəstə cəlb edilmişdir. Kəskin periodontitin intoksikasiya və ekssudasiya fazaları olan 35 nəfərdən ibarət I qrupun xəstələrində periodontitin “qapalı” müalicə üsulundan istifadə edilmişdir. Kəskin periodontit və periapikal abses diaqnozu qoyulmuş 50 nəfərdən ibarət II qrupun xəstələri 2 yarımqrupa bölünmüşdür: 30 nəfərlik 1-ci yarımqrupun xəstələri “qapalı” üsulla, 20 nəfərlik 2-ci yarımqrupun xəstələri “açıq” üsulla müalicə edilmişdir. Kəskin periodontitin ağırlaşmış fazaları (kəskin periostit, kəskin osteomielit) olan 35 nəfərdən ibarət III qrupun xəstələrində terapevtik və cərrahi müalicə üsullarının kombinasiyasından istifadə edilmişdir.
Qruplarda aparılmış müalicənin effektivliyi dinamikada periapikal toxumalarda dəyişiklikləri öyrənən PAİ indeksi, Qrin-Vermillionun sadələşdirilmiş indeksi və digər klinik müayinə metodları ilə öyrənilmişdir. 2 il müşahidə edilən qruplarda həyata keçirilən müxtəlif müalicə tədbirlərinin nəticələri kəskin periodontitin başlanğıc mərhələlərində (intoksikasiya və ekssudasiya) periodontitin “qapalı” müalicə üsulunun; ekssudativ iltihabın və periapikal absesin inkişaf etməsindən asılı olaraq “qapalı” və “açıq” müalicə üsullarının; apikal periodontitin ağırlaşmalarında (kəskin periostit, kəskin osteomielit) konservativ və cərrahi müalicə üsullarının kombinasiyasının daha effektli, daha etibarlı olduğunu sübut etmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


