GƏRGİNLİK BAŞ AĞRISI OLAN XƏSTƏLƏRDƏ NOOFENİN BEYİN HEMODİNAMİKASINA TƏSİRİ

Müəlliflər

  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyası
  • V.İ. Kalaşnikov Xarkov Diplomdansonrakı Tibb Akademiyası
  • O.V. Şerbina P.L.Şupik ad. Ukrayna Milli Səhiyyə Universiteti
  • F.İ. Kulikova Dnipro Dövlət Tibb Universiteti
  • S.V. Abramov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • L.Y. Babintseva P.L.Şupik ad. Ukrayna Milli Səhiyyə Universiteti
  • A.Q. Kiriçenko Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • G.I. Titov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2022.3.001

Açar sözlər

ultrasəs müayinəsi, doppleroqrafiya, gərginlik baş ağrısı, beyin hemodinamikası

Xülasə

Məqalədə gərginlik baş ağrısı olan 191 xəstədə noofenin beyin hemodinamikasina təsirinin doppleroqrarafiya vasitəsilə qiymətləndirilməsinin nəticələri təqdim edilir. Tədqiqat göstərmişdir ki, ön, orta və arxa beyin arteriyalarında qan axınının sürətindəki asimmetriya gərginlik baş ağrısının hər hansı növü olan xəstələrdə sağlam adamlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olur. Bundan əlavə, qan axınının sürətindəki asimmetriya dərəcəsi xronik gərginlik baş ağrısında epizodik və tez-tez baş verən gərginlik baş ağrısı ilə müqayisədə daha əhəmiyyətli dərəcədə yuxarı olmuşdur. Ən yüksək sürət asimmetriyasi (39,4±4,1 sm/s) orta beyin arteriyasında xronik gərginlik baş ağrısı olan xəstələrdə, ən aşağı (10,7±2,8 sm/s) sürət asimmetriyasi isə arxa beyin arteriyasında epizodik gərginlik baş ağrısı olan xəstələrdə qeyd edilmişdir.

6-8 həftə ərzində gündə 2 dəfə 250-500 mq-a qədər noofen qəbulu xronik gərginlik tipli baş ağrısı olan xəstələrdə baş ağrısının intensivliyini və qoşalaşmış beyin arteriyalarinda sistolik qan axını sürətinin asimmetriyasını əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

Abdullayev , R., Kalaşnikov , V., Şerbina , O., Kulikova , F., Abramov , S., Babintseva , L., … Titov , G. (2022). GƏRGİNLİK BAŞ AĞRISI OLAN XƏSTƏLƏRDƏ NOOFENİN BEYİN HEMODİNAMİKASINA TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (3), 5–12. https://doi.org/10.34921/amj.2022.3.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR