KARDİOCƏRRAHİ ƏMƏLİYYATA MƏRUZ QALMIŞ POSTOPERASİON ENSEFALOPATİYALI XƏSTƏLƏRDƏ RİSK AMİLLƏRİNİN FƏRDİ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • D.S. Mankovski Ukrayna Səhiyyə Nazirliyinin “Ürək İnstitutu” Dövlət Müəssisəsi

DOI

https://doi.org/10.34921/amj.2021.4.012

Açar sözlər

ensefalopatiya, cardiocərrahlıq, süni qan dövranı, risk amilləri, proqnozlaşdırma alqoritmi

Xülasə

Süni qan dövranı şəraitində kardiocərrahi müdaxilə keçirmiş xəstələrdə klinik-anamnestik amillərin proqnostik əhəmiyyəti tədqiq edilmişdir. Bu kateqoriyadan olan xəstələrdə yüksək postoperasion ensefalopatiya riskinin yaranmasının premorbid fonu, serebrovaskulyar autorequlyasuyası və ürəyin nasos funksiyasının vəziyyəti müəyyənləşdirilmişdir. Proqnostik potensial nəzərə alınmaqla öyrənilən klinik-anamnestik əlamətlər dərəcələnmiş, “açıq ürək” üzərində aparılmış planlaşdırılan cərrahi müdaxilə şəraitində xəstələrə nevroloji yardımı təmin etmək məqsədilə postoperasion ensefalopatiyaya ağırlıq dərəcəsinin ölçülməsi baxımından yanaşılmışdır. Sübut edilmişdir ki, operasiyadan əvvəlki dövrdə xəstədə arterial hipertenziya ilə birgə şəkildə şəkərli diabetə, həmçinin ürəyin sol mədəciyinin atım funksiyası fonunda beyin autorequlyasiyasının pozulmasına postoperasion ensefalopatiyanın formalaşmasının prediktoru kimi baxmaq lazımdır: postoperasion ensefalopatiya riskinin əməliyyatdan əvvəlki dövrdə qiymətləndirilməsi üzrə klinik hadisənin alqoritmi nümayiş etdirilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Mankovski, D. (2022). KARDİOCƏRRAHİ ƏMƏLİYYATA MƏRUZ QALMIŞ POSTOPERASİON ENSEFALOPATİYALI XƏSTƏLƏRDƏ RİSK AMİLLƏRİNİN FƏRDİ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (4), 81–89. https://doi.org/10.34921/amj.2021.4.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR