BAKTERİAL DİZENTERİYALI XƏSTƏLƏRDƏ YOĞUN BAĞIRSAĞIN İNTRAMURAL SİNİR APARATININ VƏ GÜNƏŞ KƏLƏFİ QANQLİONLARININ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.2.021Açar sözlər
bakterial dizenteriya, bağırsağın sinir aparatı, günəş kələfiXülasə
Bakterial dizenteriyanın ağırlaşmalarından vəfat etmiş 12 xəstənin yoğun bağırsağının distal şəbəsinin sinir kələflərindən və günəş kələfi qanqlionlarından götürülmüş toxuma nümunələri neyrohistoloji və elektron-mikroskopik üsullarla tədqiq edilmişdir. Kontrol məqsədlə qəflətən vəfat etmiş 5 nəfərin (1 nəfərdə hemorragik insult, 4 nəfərdə kəskin koronar çatışmazlıq) autopsiya materialından istifadə edilmişdir. Autopsiya erkən dövrdə – ölümdən 1-4 saat sonra aparılmışdır. Toxuma nümunələri ümumi qəbul edilmiş qayda üzrə işlənildikdən sonra Bilşovski-Qros, Rasskazov üsulları ilə gümüş-nitratla impreqnasiya edilmiş və işıq-optik mikroskopla öyrənilmişdir. Elektron-mikroskopik tədqiqat üçün toxuma tikələri 25%-li qlütaraldehid məhlulunda fiksasiya edildikdən sonra uranil-asetat məhluluna keçirilmiş, qurğuşun-sitratla kontrastlaşdırılmış və “Ceyms100S” elektron mikroskopunda tədqiq edilmişdir. Yoğun bağırsağın distal şöbəsindən götürülmüş toxuma tikələrində bakterioloji üsulla şiqellalar müşahidə edilmişdir.
Tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bakterial dizenteriya zamanı yoğun bağırsağın distal şöbəsinin sinir aparatının struktur elementlərində və günəş kələfi qanqlionlarında degenerativ, reaktiv-hipertrofik proseslərlə müşayiət edilən stereotip dəyişikliklər baş verir. Müəyyən edilmişdir ki, bakterial dizenteriya zamanı yoğun bağırsağın mikroqanqlionlarının və günəş kələfinin struktur elementləri arasında ən kəskin zədələnməyə məruz qalan mielinli aksonlardır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


