BEYİN QİŞALARININ İMMUNHİSTOKİMYƏVİ VƏ ELEKTRON MİKROSKOPİK GÖRÜNTÜNÜN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2022.2.020Açar sözlər
ev ördəyi (Anas platyrhynchos dom.), baş və onuğa beyni qişaları, immunohistokimya, transmission elektron mikroskop, ara filament zülalları, birincili əks-cisimlərXülasə
Məqalədə baş və onurğa beyni qişaları və onların əhatəsində yerləşən strukturlarda ara filament zülalarının ekspressiya dərəcələri ilə ultrastruktur xüsusiyyətlərı arasında olan əlaqələr şərh edilmişdir.
Altı baş ev ördəyinin baş və ourğa beyni qişaları səviyyələtində götürülmüş tikələr fiksasiya edildikdən sonra onlardan parafin və epon-araldit blokları hazırlanmışdır. İmmunohistokimyəvi tədqiqatlar üçün parafin bloklarından hazırlanmış kəsiklər mikrodalğalı sobada qaynadıldıqdan sonra Avidin-Biotin peroksidaza metodu ilə ara filament zülalların ekspresiyası müəyən edilərək, Primo Star (Zeiss) işıq mikroskopu vastəsi ilə tədqiq edilmişdir. Araldit-epon bloklarından hazırlanmış ultranazik kəsiklər rəngləndikdən sonra transmission elektron mikroskopunda (JEM-1400 - Yaponiya) baxılaraq elektronoqramlar çəkilmişdir. Sərt qişalar səviyyəsində ümumən zəif tündləşmə qeydə alınsa da, baş və onurğa beyninin hörümçəktorunabənzər və yumşaq qişalarında vimentin zülalının ekspressiyası qeydə alınmamışdır. Pansitokeratinin hörümçəktorunabənzər qişasının (HTBQ) hər iki qatında yerləşən leptomeningial hüceyrələrin sitoplazmalarında ekspressiya olunduğu müəyyən edilmişdir. Torlu qat səviyyəsində rənglənməmiş nahiyələrin uktrastruktur olaraq kollagen lifləri dəstələrinın topoqrafik vəziyyətlərinə uyğun olduğu dəqiqləşdirilmişdir. EMA ekspressiyası ancaq epitel toxumasına xas olan əlamətlərə malik HTBQ sədd qatı hüceyrələrində aşkar edilmişdir. Qliyanın fibrilyar turş zülalının ekspressiyası protoplazmatik və lifli astrositlərin yerterləşdiyi nahiyələrdə aşkar edilmişdir. Ekspressiya səviyyəsi ilə ultrastruktur olaraq ara filamentlərin saylarından və sıxlıq dərəcəsindən asılılığı qeydə alınmışdır. İHK və elektron-mikroskopik olaraq ev ördəklərində xarici qlial hüdudi zarın baş beyində sərbəst təkqatlı protoplazmatik astrositlərdən, onurğa beynində isə lifli astrositlərin çıxıntılarının ayaqşəkilli uc hissələrindən ibarət olduğu müəyyən edilmişdir. Son olaraq immunohistokimyəvi tədqiqatların nəticələrinin qiymətləndirilməsi zamanı tədqiq edilən strukturların histoloji və ultrastruktur xüsusiyyətlərinin nəzərə alınmasının məqsədəuyğun olduğunu qeyd etmək lazımdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


