İNSAN FOTOŞƏKİLLƏRİNDƏ ÜZ NAHİYƏSİNİN ASİMMETRİYASININ MÜƏYYƏN EDİLMƏSİNİN NƏTİCƏLƏRİ

Müəlliflər

  • S.A. Əliyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.2.019

Açar sözlər

fotometrik analiz metodu, üzün asimmetriyası, “Golden Ratio Face” kompyuter proqramı

Xülasə

Məqalədə insan fotoşəkillərində üz nahiyəsinin asimmetriya dərəcəsini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilir. Bundan ötrü 16 insanın fotoşəkilləri fotometrik analiz metodu ilə tədqiq edilmişdir.  Tədqiqatda “Golden Ratio Face” kompyuter proqramından istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, öyrənilən 16 fotoşəklin 7-də ensefalometrik indeks 6,12-8,14 arasında, asimmetriya dərəcəsi 82% olmuşdur. 5 fotoşəkildə ensefalometrik indeks 8,15-9,24 arasında, asimmetriya dərəcəsi 64% və yalnız 4 fotoşəkildə ensefalometrik indeks 9,25-11,16, asimmetriya dərəcəsi 32% olmuşdur. Yan görünüşdə sağ və sol tərəfin göstəricilərində o qədər də fərqlilik müşahidə edilmədiyi üçün bu görünüşdə çəkilmiş fotoşəkillərdə asimmetriyanın ifadəlik dərəcəsini təyin etmək mümkün olmamışdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

Əliyeva , S. (2022). İNSAN FOTOŞƏKİLLƏRİNDƏ ÜZ NAHİYƏSİNİN ASİMMETRİYASININ MÜƏYYƏN EDİLMƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 120–124. https://doi.org/10.34921/amj.2022.2.019

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT