MƏKTƏBLİ UŞAQLARDA ARTERİAL TƏZYİQ VƏ BƏDƏN KÜTLƏSİ İNDEKSİ İLƏ ÜRƏYİN FUNKSİONAL VƏZİYYƏTİ ARASINDA MÜTƏNASİBLİK
DOI
https://doi.org/10.34921/amj.2022.2.017Açar sözlər
arterial təzyiq, miokardın mikroalternasion indikatoru, bədən kütləsi indeksiXülasə
Məqalədə müxtəlif yaş qruplarına aid olan məktəbli oğlanlarda fərqli somatometrik göstəricilər fonunda arterial təzyiq (AT) və ürəyin funksional vəziyyəti arasında qarşılıqlı əlaqələrin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Ürəyin funksional vəziyyəti Rusiya istehsalı olan Kardiovizor 06 C cihazının köməyi ilə miokardın distansion elektrokardioqrafik xəritələnməsi üsulu ilə öyrənilmişdir.
Tədqiqata cəlb olunmuş məktəbli oğlanlarda bədən kütləsi indeksi (BKİ) normal olanlarda 15,2% halda, BKİ yüksək olanlarda isə 75,7% halda AT və miokardın mikroalternasion indikatoru (MMİ) normadan yüksək olmuşdur və bu da sonuncuların kardiometabolik risk qrupuna aid edilməsinə əsas verir. Bundan başqa, aşkar edilmişdir ki, AT və MMİ-nin yüksək olması, BKİ ilə yanaşı, həmçinin bədənin müxtəlif nahiyələrində dərialtı piy qatının fərqli paylanmasından da asılıdır. Aydın olmuşdur ki, AT-nin yüksəlməsi ilə MMİ-nin artması arasında müsbət korrelyativ əlaqələr mövcuddur.
Beləliklə, təhlil edilən kompleks göstəricilərin artması, sistem effektor mexanizmlərin pozulmasına, kardiometabolik risk amillərinin yaranmasına və təhsil prosesinin yüksək “fizioloji dəyər” hesabına başa gəlməsinə səbəb olur. Həmin amillərin vaxtında aşkarlanması isə qabaqcadan preventiv tədbirlərin görülməsinə imkan yaradır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


