BİRLƏŞDİRİCİ TOXUMANIN DİFERENSİASİYA ETMƏMİŞ DİSPLAZİYASI SİNDROMU FONUNDA KƏSKİN KORONAR SİNDROMU OLAN XƏSTƏLƏRDƏ KƏSKİN SOL MƏDƏCİYİN ÇATIŞMAZLIĞININ İNKİŞAF RİSKİNİN PROQNOZLAŞDIRILMASI

Müəlliflər

  • O.E. Sultanova Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Astraxan Dövlət Tibb Universiteti Dövlət Büdcə Təhsil müəssisəsi https://orcid.org/0000-0001-8717-9629
  • Ye.N. Çernışeva Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Astraxan Dövlət Tibb Universiteti Dövlət Büdcə Təhsil müəssisəsi
  • B.Yu. Kuzmiçev Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Astraxan Dövlət Tibb Universiteti Dövlət Büdcə Təhsil müəssisəsi
  • V.Yu. Kuzmiçev “Lokohelp” tibb mərkəzi
  • İ.M. Sarçimeliya Sankt-Peterburq Dövlət Pediatriya-Tibb Universiteti Federal Dövlət Büdcə müəssisəsi

DOI

https://doi.org/10.34921/amj.2022.2.011

Açar sözlər

kəskin sol mədəcik çatışmazlığı, kəskin koronar sindrom, birləşdirici toxumanın diferensiasiya etməmiş displaziyası sindromu, homosistein, maqnezium

Xülasə

Məqalədə kəskin koronar sindromu (KKS) ilə birgə birləşdirici toxumanın diferensiasiya etməmiş displaziyası (BTDED) olan xəstələrin qanında homosisteinin və maqneziumun (M) səviyyəsinin analizinə əsasən kəskin sol mədəcik çatışmazlığının inkişafetmə proqnozunun alqoritmini hazırlamaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.

Tədqiqata KKS ilə birgə BTDET olan 113 xəstə cəlb edilmişdir. HS və maqneziumun səviyyəsi immunoferment metodu ilə tədqiq edilmişdir.

Tədqiqatdan alınmış nəticələrin təhlili STATİSTİKA-12 və SPSS-22,0 proqramlarının köməyi ilə aparılmışdır. Binar logistik reqressiya metodunun köməyi ilə alqoritm hazırlanmışdır. Bu məqsədlə ROC əyrisi sahəsi qiymətləndirilmiş və bu sahənin 95%-lik etibarlılıq intervalı hesablanmışdır.

Çoxkomponentli logistik reqressiyanın hesablanmasının köməyi ilə BTDET fonunda KKS olan xəstələrdə homosisteinin və maqneziumun səviyyəsinə əsasən kəskin sol mədəcik çatışmazlığının prediktorları müəyyənləşdirilmişdir. Əlavə olaraq qanda homosistein və maqneziumun aşağı həddinin müvafiq surətdə 29,25 mmol/l və 0,59 mmol/l olduğu aşkar edilmişdir. Hazırlanan alqoritm həssaslığı (94,2%), spesifikliyi (88,6%) və diaqnostik effektivliyi (92%) kifayət qədər yüksəkdir. Bu isə həmin alqoritmin klinik praktikada tətbiq edilməsinə əsas verir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

Sultanova , O., Çernışeva , Y., Kuzmiçev , B., Kuzmiçev , V., & Sarçimeliya , İ.M. (2022). BİRLƏŞDİRİCİ TOXUMANIN DİFERENSİASİYA ETMƏMİŞ DİSPLAZİYASI SİNDROMU FONUNDA KƏSKİN KORONAR SİNDROMU OLAN XƏSTƏLƏRDƏ KƏSKİN SOL MƏDƏCİYİN ÇATIŞMAZLIĞININ İNKİŞAF RİSKİNİN PROQNOZLAŞDIRILMASI. Azərbaycan Tibb Jurnalı, (2), 72–78. https://doi.org/10.34921/amj.2022.2.011

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR