AUTOİMMUN TİREOİDİTİN İNKİŞAFI EHTİMALININ PROQNOZLAŞDIRILMASINA DAİR
DOI
https://doi.org/10.34921/amj.2022.2.010Açar sözlər
autoimmun tireoidit, Haşimoto tireoiditi, polimorfizm, CTLA4 geni, PTPN22-СС genotipiXülasə
Məqalədə təqdim edilmiş tədqiqatın məqsədi genetik markerlər əsasında autoimmun tireoidit (AİT) xəstəliyinin proqnozlaşdırılması olmuşdur. Yaşı 18-dən 64-ə qədər olan autoimmun tireoiditli 170 xəstənin (64 kişi və 106 qadın) venoz qan nümunələrində CTLA4-GG, TNFα-GG, PTPN22-СС genlərinin polimorfizmi araşdırılmışdır. Kontrol qrupuna yaşı 20-dən 65-ə qədər olan, tiroid patologiyası və digər autoimmun xəstəlikləri olmayan 26 kişi və 39 qadının (cəmi 65 nəfər) müayinəsinin nəticələri daxil edilmişdir. CTLA4 (rs231775), PTPN22 (rs2476601) və TNFα (rs1800629) genlərinin polimorfizminin molekulyar genetik analizi üçün CFX96 cihazında (BioRad) real vaxt rejimində zəncirşəkilli polimeraza reaksiyaları (PZR) tətbiq edilmişdir. Kontrol qrupda tədqiq olunan genlərin lokusu üçün müşahidə edilən genotip tezliklərinin paylanması Hardi-Vaynberq tarazlıq paylanmasına uyğun olmuşdur (p=0,76). Tədqiqatın nəticələri göstərmişdir ki, CTLA4-GG və TNFα-GG genotiplərini özündə birləşdirən proqnoz modeli 93,53%-ə qədər həssaslıqla və 90,77%-ə qədər spesifikliklə sağlam şəxslərdə AİT-nin inkişaf riskini qiymətləndirməyə imkan verir. Bu halda qurulmuş modelin ümumi proqnozlaşdırma dəqiqliyi 92,7% təşkil edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


