DİABET POLİNEVROPATİYASININ MÜALİCƏSİNDƏ LİPOY TURŞUSU PREPARATI VƏ AMPLİPULS TERAPİYASININ EFFEKTİVLİYİ
DOI
https://doi.org/10.34921/amj.2022.2.008%20Açar sözlər
1-ci və 2-ci tip şəkərli diabet, diabet polinevropatiyası, lipoy turşusu, amplipuls-terapiyaXülasə
Məqalədə şəkərli diabetli (ŞD) xəstələrdə diabet polinevropatiyasının (DPN) müalicəsində lipoy turşusu (LT) preparatının və amplipuls terapiyanın (APT) effektivliyini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir.
Tədqiqata Şəki RMX-da 2015-2019-cu illərdə müalicə olunan 18-75 yaş həddində olan 119 nəfər I və II tip şəkərli diabeti olan xəstələr daxil edilmişdir. ŞD xəstələrdə LT preparatı və APT ilə aparılan müalicənin xəstəliyin gedişinə və diabetlə xəstələnmə müddətinə görə mono- və kombinəolunmuş terapiyada effektliliyi öyrənilmişdir. Tədqiqat göstərmişdir ki, ŞD-li xəstələrdə DPN-nin müalicəsində lipoy turşusu preparatı və amplipuls fizioterapiyasının adekvat diapazonda həm monoterapiya, həm də kombinə olunmuş terapiyada tətbiqi diabetin kompensasiya vəziyyətində dekompensasiya vəziyyətinə nisbətən 1,5-2 dəfə effektli olur. Diabetlə xəstələnmə müddətinin 10 ildən çox olması aparılan müalicənin effektliliyini azaldır və kombinə olunmuş müalicə müddətinin uzadılmasını tələb edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


