İKİNCİ TİP ŞƏKƏRLİ DİABETİ OLAN VƏ SİQARET ÇƏKƏN PASİYENTLƏRİN BEYNİNDƏ AĞ MADDƏ HİPERİNTENSİVLİYİNİN MRT MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİ

Müəlliflər

  • L.Ç. Quluzadə Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.2.007

Açar sözlər

şəkərli diabet, siqaretçəkmə, beynin ağ maddəsi

Xülasə

Məqalədə ikinci tip şəkərli diabeti olan və siqaret çəkən şəxslərdə beynin MRT müayinəsi zamanı müşahidə edilən ağ maddə hiperintensivliyinin (AMH) öyrənilməsi məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir.

Əsas tədqiqat qrupuna 30-60 yaş arasında 150 pasiyent, o cümlədən 75 nəfər (50%) siqaret çəkən şəxs və 75 nəfər (50%) II tip şəkərli diabeti olan xəstə daxil edilmişdir. 50 nəfər praktik sağlam şəxs kontrol qrupu olaraq dəyərləndirilmişdir. ŞD olan pasientlərdən 52 nəfərdə arterial hipertenziya aşkarlanmışdır. Tədqiqatda 1.5 Tesla Magnetom Aera MRT cihazında çəkilmiş nazik T2 TIRM rejimdə olan görüntülərdən istifadə edilmişdir. 

Tədqiqata cəlb edilmiş 50 nəfər praktik sağlam şəxsdən 27(54%) nəfərdə AMH aşkar edilməmişdir.  23(46%) xəstədə  aşkar edilmiş ağ maddə hiperintensivliyi olan sahələrin orta hesabla sayı 1,5, maksimal ölçüsü isə 1,2 mm olmuşdur. Praktik sağlam şəxslərlə müqayisədə siqaret çəkənlərdə və ŞD xəstələrində ağ maddə hiperintensivliklərinin (ocaqlarının)  sayının  bir qədər çox,  ölçüsünün  böyük olduğu aşkar edilişdir. Tədqiqatın nəticələri göstərir ki, ŞD xəstələrində arterial hipertenziyanın müalicəsinin düzgün şəkildə aparılması ağ maddə hiperintensivliyinin  sayında çoxalmanın qarşısını ala bilər. Çünki ocaq sayının artması, birləşməyə meylli olması pasiyentlərin vaxtından qabaq ağıl zəifliyi kimi ağır patologiyalarla qarşılaşmasına səbəb ola bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

Quluzadə , L. (2022). İKİNCİ TİP ŞƏKƏRLİ DİABETİ OLAN VƏ SİQARET ÇƏKƏN PASİYENTLƏRİN BEYNİNDƏ AĞ MADDƏ HİPERİNTENSİVLİYİNİN MRT MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 46–51. https://doi.org/10.34921/amj.2022.2.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR