UŞAQLARDA I TİP ŞƏKƏRLİ DİABET VƏ AUTOİMMUN TİREOİDİT

Müəlliflər

  • G.Ə. Əhmədov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.2.003

Açar sözlər

I tip şəkərli diabet, autoimmun tireoidit, anticisimlər

Xülasə

Məqalədə I tip şəkərli diabeti olan uşaqlarda autoimmun tireoiditi aşkar etmək məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə şəkərli diabeti olan 32 uşaq müayinədən keçirilmşdir. Bütün uşaqlarda qanda qlikohemoqlibin – HbA1c, antiperoksidaza, antitireoqlobulin anti­cisimləri, qalxanabənzər vəzinin və qarın nahiyəsinin ultrasəs müayinəsi aparılmışdır. Uşaqların orta yaşı 12,66±2,5 yaş, qanda antitireoqlobulinin orta göstəricisi 3,23±3,2 İU/ml, antiperoksidazanın aktivliyi isə 76,13±52,0 İU/ml  olmuşdur. Xəstə uşaqlardan 75 %-də (n=24) antitireoqlobulin normal, 25%-də (n=8) normadan yüksək, antiperoksidaza göstəricisi 78,2%-də (n=25) normal, 21,8%-də (n=7) normadan yüksək qeydə alınmışdır. Nəticələrin statistik təhlilindən məlum olmuşdur ki, antitireoqlobulin ilə qaraciyərin ölcüsü (r=+0,999, p<0,05), sağ böyrəyin qalınlığı (r=+0,998, p<0,05), sağ tireoid vəzinin uzunluğu   (r=+0,997, p<0,05), sağ tireoid vəzilərin ümumi həcmi (r=+0,998, p<0,05), tireoid vəziləin total həcmi (r=+0,997, p<0,05) arasında statistik baxımdan etibarlı müsbət korrelyasion əlaqə vardır. Maraqlıdır ki, bu əlaqə yalnız sağ tərəflə aşkar edilmişdir. Tireoid vəzinin antitireoqlobulin anticismi ilə orqanizmin sağ orqanları (sağ böyrəyin qalınlığı, tireoid vəzinin sağ payı) arasında müsbət korrelyativ əlaqələr aşkar edilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

Əhmədov , G. (2022). UŞAQLARDA I TİP ŞƏKƏRLİ DİABET VƏ AUTOİMMUN TİREOİDİT. Azərbaycan Tibb Jurnalı, (2), 22–26. https://doi.org/10.34921/amj.2022.2.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR